Uşaq yaradıcılığı

Qonağımız Aliyə Muradzadədir

Qonağımız Aliyə Muradzadə 7 yanvar 2008-ci il təvəllüdlüdür.

 

263 nömrəli məktəbin 5-ci sinif şagirdi Aliyə dərs əlaçısıdır. Bütün fənnləri həvəslə öyrənən Aliyənin ingilis dilinə olan marağını xüsusi qeyd etməliyik. O, hətta nağılları belə ingilis dilində oxuyur.

 

Rəsmə, musiqiyə, üzgüçülüyə, velosiped sürməyə, gimnastikaya böyük marağı olan Aliyə 2 il gimnastika ilə məşğul olub.

 

Artıq iki ildir ki, “Günəşli tədris mərkəzi”ndə rəsmlə məşğul olan Aliyə bir sıra (“Fövqəladə hallar uşaqların gözü ilə”, “Toyota arzuların maşını”, Uşaq Bilik Portalının instaqramda keçirdiyi “Mənim yurdum”) rəsm müsabiqələrində də uğurla çıxış edib, nailiyyətlər qazanıb. 

 

Aliyənin arzusu gələcəkdə məşhur və işində peşəkar dizayner olmaqdır. 

 

Biz də Uşaq Bilik Portalı adından Aliyəyə uğurlar arzulayırıq.