Təbiət

Uçan sincab

Boyu 12-23 sm arasında dəyişən uçan sincab əsasən Avstraliyada yaşayır. Bir ağacdan digərinə planer (motorsuz uçan aparat) kimi uçaraq keçən bu canlıların bütün növləri ağaclarda yaşayır. Bu canlılar qollarının arasındakı uçma pərdəsi vasitəsilə uçurlar.


Başqa bir növün uçma pərdəsi qabaq ayaqlardan arxadakılara qədər uzanır; dardır və qotaza bənzər uzun tükləri var. Digər növlərdə isə bu paraşütəbənzər forma kürklü dəridən ibarət pərdədir. Bu pərdə qabaq ayaq topuğuna qədər uzanır. Uçan kuskus adlı növ bir ağacın gövdəsindən atılır və gərilmiş dərinin planerə bənzəyən təsirindən bir dəfədə 30 metrlik məsafəyə tullanır. Böyük uçan sincablar ağaclar arasında planer kimi uçurlar. Bu canlıların ard-arda 6 dəfədə 530 metr məsafə qət etdikləri müşahidə edilmişdir.


Heyvanın başı dəyirmi formasındadır və gözləri olduqca böyük və tamamilə qaradır. Arxa pəncələri öndəkilərdən daha uzundur.


Hazırda planetdə uçan sincabın təxminən on növü olduğu qeyd edilir. Başqa sincablardan fərqi odur ki, onlar əsasən gecə həyat tərzi yaşayırlar.


Uçan sincab ağacların içində yaranan boşluqlarda və ya quş yuvalarında yaşayır. Rənglərinin boz olması onlara ağaclarda gizlənməyə şərait yaradır. 


Uçan sincablar yüksək ağacların təpələrində yetişən qoz, şabalıd, fındıq və şam fıstığı kimi sərt qabıqlı qidalara çata bilmək üçün lazım olan bütün qabiliyyətlərə və fiziki xüsusiyyətlərə sahibdirlər. 


Sincablar qışda aclıq çəkməsinlər deyə yay aylarında qış üçün yemək yığarlar. Ancaq yemək saxlayarkən çox diqqətli olarlar. Meyvələri və tapdıqları ətləri qışa saxlamazlar. Çünki bu yeməklər tez xarab olar, onda da sincablar qışda ac qalarlar. Buna görə sincablar qışa yalnız qoz, fındıq və qoza kimi gec xarab olan dənələri saxlayarlar.


Uçan sincabların  sayı olduqca az olduğundan, onları ovlamaq qadağandır. Bundan əlavə, heyvanların bu növü ciddi şəkildə  qorunur, hətta adı qırmızı kitaba belə düşmüşdür. 


Dişi uçan sincab yalnız ildə bir dəfə bala verir. Bala sayı-iki və ya dörd sincabdan ibarətdir.


Hamiləlik dövrü yalnız 5 həftə davam edir. Hamiləlik iki fazadan ibarətdir. Birinci faza aprel-may aylarında, ikincisi faza isə iyun-iyulda baş verir. Balaca sincablar çılpaq və kor doğulurlar. Onların gözləri 15 gündən sonra açılır. Körpə sincablar 36-41 gün sonra ilk dəfə yuvanı tərk edirlər. 43-45 gündən sonra isə gənclər ilk sıçrayışlar etməyə başlayır və 50 gündən sonra zərif yetkinlik yaşına çatır və özünə müstəqil qayğı göstərməyə başlayır. 


Bu heyvan növünün ömrü 9 ildən 13 ilədəkdir. Çox vaxt yırtıcı heyvanların şikarına çevrilirlər.