Təbiət

Charadra deridens güvəsi

Charadra deridens güvəsi Noctuidae fəsiləsinə aiddir. Bu güvələrə Kanadanın Ontario, Kvebek, Nyu-Brunsvik, Yeni Şotlandiya, Şahzadə Eduard Adası, Britaniya Kolumbiyası, Saskaçevan, Manitoba əyalətlərində və Birləşmiş Ştatlarının cənub-qərb ərazilərindən başqa bütün bölgələrində rast gəlinir. 

 

Qanadlarının uzunluğu 38–48 mm-dir. May-Avqust aylarında qanadlanırlar. Süfrələri fıstıq ağacının yarpaqları ilə qidalanır. Ağcaqayın, qaraağac, palıd ağacının yarpaqları ilə qidalanması da qeydə alınmışşdır. Onları maraqlı edən xüsusiyyət isə tırtıl olduğu zamanlardır. Belə ki, bir çoxları tırtılları məşhur alim Eynşteynə bənzədirlər. 

 

Bu tırtılı ilk dəfə Kolumbiyanın Missuri əyaələtində yaşayan 45 yaşlı Hop Martin bir qadın öz bağçasında qoz ağacının gövdəsində tapıb. O dərhal qızı Cessini çağırıb. Onu görən Cessi özünü gülməkdən saxlaya bilməyib çünki tırtıl səliqəsiz ağ tüklərinə görə eyni ilə Eynşteynin dilini çıxardığı şəklinə bənzəyir.