Təbiət

Dünyanın ən böyük, torpaqda yaşayan buğumayaqlısı

Hind qozu və ya Kokos yengəci (coconut crab- Birgus latro) onayaqlı xərçəngkimilərin bir növü olmaqla bərəbər həmdə, dünyanın ən böyük torpaqda yaşayan buğumayaqlısıdır. Onlara həmçinin  qarətçi yengəc və palma oğruları (robber crab or palm thief) da deyirlər. Palma oğruları Hind və Qərbi Sakit okeanı adalarında yaşayırlar. Kokos yengəci Birgus cinsinin yeganə növüdür.

 

Torpaqda yaşamaq üçün saysız adaptasiya keçib. Düşmənlərdən qorunmaq üçün qarınayaqlılar kimi (ilbizlər) çanaqları var. Ancaq yetkin bir kokos yengəcinin xarici skeleti (sümük və ya xitin) möhkəm inkişaf etdiyindən, onlar çanaq daşımaqdan imtina edirlər. Onların yaxşı iybilmə qabiliyyəti vardır. Buna görə də, qida mənbəyini rahatlıqla tapa bilirlər. Bu yengəclər toxumlar, meyvələr, heyvan cəsədləri ilə də qidalanır. Yeyə bilmədiyini özü ilə daşıyır. Geriyə heç bir tikə ət də saxlamır. Buna görə də onları qarətçi yengəc adlandırırlar. Qida rasionları müxtəlif olsa da kokos yengəci adlanmasının səbəbi, kokos ağacına dırmanaraq, oradan bir neçə meyvəni kəsərək yerə salır, sonra aşağı düşərək qısqacları ilə meyvəni yeyirlər. 

 

40 sm uzunluğunda, 4.1 kq ağırlıqda olurlar. Ayaq boyu isə 0.91 m olur. Erkəkləri dişilərdən daha böyük olur. Öz xərçəng nəsillərinin əksinə torpaqda yaşamağa adaptasiya olduğundan, suda çox qalsalar boğula bilərlər. Onlar maksimum ölçülərinə 40-60 il sonra çatırlar.