Uşaq yaradıcılığı

Mehdi Həsənli: Milli rəqslərimizi Şuşada ifa etməyi çox istəyirəm

Balaca qonağımız Mehdi Həsənli 14 yanvar 2011-ci il təvəllüdlüdür. 276 nömrəli məktəbin şagirdi olan Mehdi dərslərində uğurlu olmaqla yanaşı, həm də rəqsə və rəsmə də böyük maraq göstərir.

 

"Azline" tədris mərkəzində rəsmlə, "Sağlam həyat cəmiyyəti"ndə isə rəqslə məşğul olur. Mehdinin gələcəkdə sahib olmaq istədiyi peşə isə tamam başqadır. O, böyüyüb işinin peşəkarı bir mühəndis olmaq istəyir. Biz də Mehdiyə uğurlar arzulayırıq.