İndi biz sizinlə kağızdan əsl televizor düzəldəcəyik!
Əvvəlcə yanınıza bir kibrit qutusu, plastilin, rəngli boyalar, kağız və qayçı qoyun. Sən cizgi filmlərinin necə hazırlandığını bilirsən. Qaçan bir kirpini düzətmək üçün rəssam çoxlu-çoxlu şəkillər çəkir. Çəkilən hər bir şəkildə kirpi müxtəlif hərəkətlərdə olur. Həmən şəkilləri tez-tez dəyişdirərək kirpinin hərəkətini əmələ gətirirlər. İndi bunu sənlə birlikdə edəcəyik və sən hər şeyi başa düşərsən.
1. Kibrit qutusunun ortasını kəsirik
2. Qutunu rəngləyib, plastilindən balaca düyməciklər düzəldirik
3. İndi isə kağızdan uzun bir zolaq kəsib, üstündə pəncərələr aç. Ölçüləri kibrit qutusu boyda olmalıdır. Hər pəncərədə top şəkli çək.
4. Sonda kağızdan kəsdiyin zolağı qutunun başından keçirt və dart. Budur! Topun necə qalxıb düşdüyünü görəcəksən.
12.12.2013