Musiqi

Rəsul Rza. Sənə də qalmaz

Musiqi: Tofiq Quliyev

İfa: Rəşid Behbudov

 

Könlüm sənin əsirin, qəlbim sənindir, yar, qəlbim
sənindir.
İnsaf eylə xoş sözlə məni gəl dindir, yar, məni
gəl dindir.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də qalmaz.

 

Nəqarət:
Yalqızam, yalqız,
Yalqızam, yalqız.
Gəl məni möhnətə, oda
Salan vəfasız.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər, vallah, bu gözəllik sənə də qalmaz.

 

Dağlar başı dumandır, Aman Allah yar, yenə
dumandır,
Ayrılığın ölümdən mənə yamandır, yar, mənə
yamandır.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gün bu gözəllik sənə də qalmaz!