Xəbərlər

Bu gün Venesiya karnavalı başlayır

Bu gün dünyanın ən iddialı və parlaq karnavallarından biri olan “Venesiya karnavalı” başlayır.


Hər ilin 12 günü Venesiya qeyri-adi dekorasiyalarla bəzənmiş nəhəng səhnəni xatırladır və bütün dünyanı özünə heyran edir.


Sərhədsiz fantaziya, ağlasığmaz kostyumlar, fasiləsiz musiqi, yuxusuz gecələr, küçələrdə sayrışan müxtəlif rəngli qayıqlar, hər cür qeyri-adiliklər, macəra və əyləncə!


Karnavalın son günü əhali San-Marko meydanına toplaşır, müxtəlif teatr truppalarının təqdim etdiyi şən  səhnəciklərə tamaşa edir, tamaşalar sona çatdıqdan sonra dinamik musiqi altında rəqs edə-edə küçələrə axışırlar. Karnaval nümayişçilərin meydanda nümayiş elətdirdikləri rəngarəng kostyum paradı, qara qüvvələrin rəmzi olan saman müqəvvaların yandırılması və San-Fransisko kilsə zənglərinin möhtəşəm sədaları altında başa çatır.