Şüvəlan
Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biridir.
Deyilənə görə, qədim zamanlarda indiki Şüvəlanın ərazisində bahar aylarında o qədər gölməçə yaranarmış ki, burada dəniz quşları və vəhşi ördəklər əlindən tərpənmək olmazmış. Buna görə də Şirvan şahları tez-tez buraya ova gələrmişlər. Guya o vaxtdan bu yer “Şaholan” adlanmış və zaman keçdikcə “Şüvəlan”a çevrilmişdir. Ancaq bu ehtimal əsassızdır. Çünki tarixdən məlumdur ki, şirvanşahların, sonralar isə Bakı xanlarının ov məskəni Zirə tərəf olmuşdur. Əslində, “Şüvəlan” sözü buranın coğrafi şəraiti ilə əlaqədar olaraq yaranmışdır. Şüvəlanda, demək olar ki, hər tərəfdən dənizə tərəf enişlər başlayır. Həmin enişlərə görə bu yer Şüvəlan adlanır. Farsca “şiv” sözünün mənası “eniş” deməkdir. Həmin sözün (sonuna, axırına) məkan bildirən “lan” şəkilçisini artırmaqla “Şüvəlan” sözü yaranmışdır.
Vaxtilə içmək üçün ən yararlı su Şüvəlanda olmuşdur. Burada su qayanın (altından, dibindən)çıxırdı. Buna görə də bu ərazidə çoxlu pambıq əkilirdi. Abşeronda əkilən pambığın çox hissəsi Şüvəlanın hesabına düşürdü. Pambıqla (birlikdə, yanaşı) bu yerdə zəfəran da əkilərdi. Hələ Bakı xanlıqları dövründə burada salınmış üzüm bağlarının şöhrəti hər yerə yayılmışdı. Bakılılar üzümdən doşab, sirkə, abqora, mövüc hazırlayırdılar. Şüvəlanın (təmiz, saf) iqlimi, şirin suyu sonralar adamların bu yerlərdə məskən salmalarına səbəb oldu. XIX əsrin ortalarından başlayaraq, bakılılar bu yeri özləri üçün yaylaq yeri seçdilər.
Hal-hazırda qəsəbədə 7 orta ümumtəhsil məktəb fəalliyyət göstərir. Heydər Əliyev fondunun dəstəyi ilə Şüvəlanda yerləşən bir çox məktəblər yenidən qurulmuşdur.
Şüvəlanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri də fəaliyyət göstərir. Bu düşərgələrdən biri də Çingiz Mustafayev adına düşərgədir. Eyni zamanda Mədəniyyət sarayında uşaqlar üçün nəzərdə tutulmuş dərnəklər var.
Əhalisi 28 500 nəfərdən çoxdur.
Şüvəlan iş yerlərinin çox hissəsini ticarət obyektləri təşkil edir. Burada fəaliyyət göstərən çörək zavodları, qənnadı və dondurma fabriki işsizlərin sayının azalmasına təsir göstərir. Şüvəlan çörəyi Xəzər rayonunun bütün qəsəbələrində satılır. Daha bir istehsalat obyekti Şüvəlan Alüminium Zavodudur.