27 Fevral – Beynəlxalq Qütb Ayısı Günüdür
Hər il fevralın 27-də dünyada Beynəlxalq Qütb Ayısı Günü (International Polar Bear Day) qeyd olunur. Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin onlar haqqında məlumatını artırmaq və bu heyvanların qorunmasının vacibliyini vurğulamaqdır. Həmin gün ənənəvi olaraq təbiətin müdafiəsi ilə məşğul olan ekologiya təşkilatları tərəfindən müxtəlif aksiyalar və maarifləndirici tədbirlər həyata keçirilir.
Qütb ayılarının yoxolma təhlükəsinin əsas səbəblərindən biri olan qütb buzlaqlarının əriməsidir. Ağ ayıların məhv olmasının daha bir səbəbi ətraf mühiti çirkləndirən neft quyularının işlənməsidir. Son illərdə əldə olunmuş məlumatlar sübut edir ki, Qütb ayısı təqribən 5 milyon il əvvəl təkamülə başlamışdır. Onun əcdadı qonur ayı olmuşdur. Lakin ağ ayı, qonur ayıdan fərqli olaraq, uzaq Şimalda, dəniz buzları arasında yaşamağa uyğunlaşmışdır.
27.02.2024