15 May – Beynəlxalq İqlim günüdür
İqlimin qorunması bəşəriyyətin qarşısında duran qlobal problemlərdən biridir. Hər il mayın 15-də dünya Beynəlxalq İqlim Gününü qeyd edir.
Bu qeyri-rəsmi bayramın təsis olunması, meteoroloqların iqlimin indiki və gələcək nəsillərin rifahı üçün vacib resurs kimi qorunub saxlanması çağırışına cavab olmuşdur. Qlobal istiləşmə, atmosfer qatında ozonun yüksək səviyyədə olması, planetdə hava şəraitinin dəyişilməsi – Yer kürəsində iqlimin pisləşməsinə səbəb olur və nəticə etibarilə insanların həyat, ərzaq və mülkiyyət təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin balanslaşdırılmış inkişafına mənfi təsir göstərir. Müasir elmlər Yer kürəsində temperaturun getdikcə qalxması halında iqlimin fəlakətli dəyişikliyinin vaxtını dəqiq deyə bilmirlər. Lakin ekoloq və meteoroloqların fikrincə, bu dəyişiklikləri təxirə salmaq olar. Geridönməz iqlim dəyişikliklərinə səbəb olan əsas problemlərin sırasına atmosferdə parnik qazlarının toplanmasının çoxalmasıdır.
Bu təzahür dünya səviyyəsində ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda Yer Sammitində müzakirə olunmuşdur. Dünyanın 180-dən çox ölkəsinin nümayəndələri BMT-nin İqlim Dəyişikliyi Haqqında Çərçivə Konvensiyasını imzalamışlar. 1997-ci ildə bu konvensiya tərəfdarlarının Kiotoda (Yaponiya) keçirilən üçüncü konfransında konvensiyaya əlavə kimi məşhur Kioto protokolu qəbul olunmuşdur.
2007-ci ilin dekabrında Balidə (İndoneziya) BMT-nin iqlim dəyişikliyi məsələlərinə həsr olunan başqa bir konfransı keçirilmişdir. Yer üzündə iqlimin qorunması planetin hər bir sakinindən asılıdır. Bunun üçün avtomobillərdən az istifadə etmək, ağac əkmək, yaşıllıqları qorumaq və s. lazımdır. Bu kiçik işləri hər bir insan həyata keçirsə, əslində çox böyük müsbət nəticələrə səbəb olar.
15.05.2024