20 may- Ümumdünya Arılar Günüdür
BMT-nin Baş Assambleyasının İkinci Komitəsinin nümayəndələrinin qərarı ilə 2017-ci ildən etibarən mayın 20-si Ümumdünya Arılar Günü kimi qeyd olunur.
Bu günün təsis edilməsindəki əsas məqsəd bal arılarının nəslinin kəsilməsi probleminə diqqəti cəlb etmək, onların əhəmiyyəti barədə, həmçinin onları necə qorumaq barədə əhalini məlumatlandırmaqdır.
Arı ailələrinin azalması Avropada hələ 1960-cı illərdə müşahidə edilib. Lakin 1998-ci ildən başlayaraq bu azalma gözəçarpan dərəcədə sürətlənib. Belçika, Fransa, Almaniya, İtaliya, Niderland və Böyük Britaniyada bu fenomen daha çox müşahidə olunub.
Ekspertlər qeyd edirlər ki, arıların nəslinin kəsilməsi təhlükəsi bir çox amillərlə, o cümlədən qlobal istiləşmə və pestisidlərdən normadan artıq istifadə edilməsi ilə bağlıdır.
20.05.2024