Xəbərlər

3 iyun- Dünya Velosiped Günüdür

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2018-ci ilin aprel ayında qəbul etdiyi Qətnaməyə əsasən, 3 iyun - Dünya Velosiped Günü kimi qeyd olunur.


Sənədin müəllifləri hökumətlərə, özəl sektorun təmsilçilərinə və ictimai qurumlara bu günü BMT ilə birlikdə qeyd etməyi, habelə velosipedin təbliğinə kömək göstərməyi təklif edirlər.


Velosiped asanlıqla idarə olunan, qiymətcə münasib, ekoloji cəhətdən təmiz və etibarlı nəqliyyat vasitəsidir, fiziki və psixi sağlamlığı möhkəmləndirməyə kömək edir.