14 İyun - Ümumdünya Qan Donorları Günüdür
14 İyun –"Ümumdünya Qan Donorları Günü"-dür. Ümumdünya Qan Donorları Günü könüllü qanvermənin əhəmiyyəti barədə insanların məlumatlandırılması, daha çox insanın könüllü donorluğa həvəsləndirilməsi, həmçinin, öz qanını təmənnasız olaraq könüllü bağışlayan şəxslərə ehtiram və minnətdarlıq məqsədi ilə 2004-cü ildən başlayaraq, qeyd olunur.
Milyonlarla insan həyatını, qanlarını heç bir qarşılıq gözləmədən bağışlayan, tanımadıqları insanlara borcludur. Lakin, dünya əhalisinin çox böyük bir qismi etibarlı qanı əldə edə bilmirlər. Əksər ölkələrdə donor qana ehtiyacı olan xəstələrin tələbatları ailələri və yoldaşları vasitəsi ilə təmin edilməkdədir. Təəssüf ki, hələ də bəzi ölkələrdə qan donoru üçün ödəniş edilməkdədir. Bütün elmi araşdırmalara əsasən, könüllü qan verən donorların etibarlı qan qaynağının əsas hissəsini təşkil etdiyi görülməkdədir. Çünki onların potensial olaraq HİV, hepatit virusları kimi qan yoluyla keçən infeksiyaları ehtiyacı olan xəstələrə yoluxdurma riski çox aşağıdır. Nəticə olaraq, Ümumdünya Qan Donorları Günü bu adsız qəhrəmanlara ithaf edilir.
14 İyun AB0 qan qrupu sistemini kəşf edən, Nobel mükafatına layiq görülmüş, Karl Landsteiner'in doğum günü, könüllü və qarşılıqsız qan vermə sahəsində fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qan Donor Təşkilatları Federasiyası (FIODS), Beynəlxalq Qan Transfuziya Cəmiyyəti (ISBT) tərəfindən "Ümumdünya Qan Donorları Günü" olaraq seçilmişdir. Bu üç böyük quruluş Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən birləşdirilərək, 192 Üzv Dövlət, 181 Milli Qızıl Aypara və Qızmızı Xaç Cəmiyyətləri, 50 Milli Qan Donor Təşkilatları və dünyanın hər yerindən olan transfuziya mütəxəssisləri tərəfindən təmsil olunur.
14.06.2024