Bu maraqlıdır!

Komodo Milli Parkı

Komodo Milli Parkı – Təbiətin 7 Yeni Möcüzəsindən biri olaraq seçilib. Komodo Parkına üç böyük ada Komodo, Padar, Rinka, 26 kiçik ada və Seyp ətraf suları daxildir.


Park, əvvəllər nəhəng kərtənkələlər olan Komodo Varanını qoruma altına almaq məqsədilə 1980-ci ildə qurulmuş və daha sonra bəzı dəniz canlıları da bu qoruma planına daxil edilmişdir. Təqribən 4000 insanın yaşadığı Milli Parkın orta sahəsi 219.322 hektardır. İsti və quru bir iqlimə sahib olan Parkın 70% otluq və meşə sahələrindən ibarətdir. Palma, parkın əsas ağacı hesab olunur. Dəniz kənarı dik qayalarla örtülüdür. Xüsusilə Komodo və Padar adalarının sahilləri digər bölgələrə gorə daha daşlı qayalıdır. 


Milli Park, üç metrlik boyu və təqribən 70 kq ağırlıqlarıyla dünyanın ən böyük kərtənkələləri olaraq qəbul edilən Komodo Əjdahasınının (Komodo varanının) tək yaşayış arealıdır. Sayları 5500 olan bu div kərtənkələlər Komodo, Rinka ve Cili Motanq adaları ilə Şimal-Qərbi Floresin sahil boyunca yayılıb. Adanın yerli əhalisi onları “ora” və ya “buaya darat” («yerüstü timsah») adlandırırlar. Bu canlı hazırda dünyada yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Parkda rast gəlinən yaban donuzları, rusa maralı, yabanı atlar və camışlar Komodo Əjdahasının əsas menyusunu təşkil edir. Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25 - 2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir. Erkəklər bir qayda olaraq dişilərdən iridir. Erkəklər üç metr uzunluğa və 70 kq çəkiyə malik olur. Lakin aralarında bəzən nəhəng ölçülərə malik olanları belə müşahidə edilir. Sent-Luis zooparkında saxlanılan erkəyin çəkisi 166 kq, uzunluğu isə 3,13 m təşkil etmişdir. Onların ölçüləri quyruqları ilə birlikdə hesablanır.


Hazırda adada Brokonyerlik səbəbindən iri məməlilərin sayı azalıb. Bu da varanların qidasının azalmasına səbəb olub. Hətta iri erkək varanlar belə kiçik ovlara meyl etməyə məcbur olublar. Aclıq səbəbindən varanlarda cırtdanlaşma gedir. Onlar hətta 10 il öncəki varanların ölçülərindən olduqca geri qalırlar. Aclıq hətta onların kütləvi ölümünə səbəb olur.


Yetkin varanın dərisi tünd olur. Üzərində sarı nöqtələr müşahidə edilir. Cavan varanlar isə nisbətən parlaq rəngdə olurlar. Dişləri mişarvari olub damaq ətrafları ilə yaxşı örtülüb. Dişlər şikarı asanlıqla hissələrə bölməyə imkan verir.


Bundan başqa Komodo Milli Parkı ərazisində 72 müxtəlif quş növü yaşayır. Mavi balina, 10 fərqli delfin növü və beş fərqli su tısbağası növü də parkın sahil sularında yaşayır.


Yaxın zamanda kəşf edilən neolit dövrünə aid məzarlar bölgənin çox qədim məkan olduğunu sübut edir.