Xəbərlər

20 İyul – Beynəlxalq Tort Günüdür

20 iyul dünyada Beynəlxalq Tort günü kimi qeyd olunur.

 

Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir.

 

Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir. Bu möhtəşəm tortun bir hissəsini dondurma təşkil edirdi, onun görkəmi isə ştatın coğrafi kartında olduğu kimdir.

 

Dünyada ən uzun toru Peru kulinarları tərəfindən yaradılmışdır. Onun uzunluğu 46 metrdən ibarət idi. Üzəri bolluca şəkərlə qarışdırılmış meyvələrdən və kremdən olan qızılgüllərdən təşkil olunmuşdu. Daha sonra bu tortu 15 000 hissəyə bölərək, Peruda həmin ay ərzində ad günü olan bütün uşaqlarına payladılar.

 

Bizim qonşu Rusiya da bu rekordlardan uzaqda qalmamışdır. Ən böyük formada olan tort Moskvanın tanınmış Mərkəzi Univermağının ad günündə hazırlanmışdır. Tort bol formada cem və marsipanla (badam qurəbiyyəsi; döyülmüş badamla şəkərdən hazırlanan şirniyyat) bəzədilmişdir. Onun hündürlüyü Ginnesin rekordlar kitabında mütəxəssiz kimi işləyən ekspertlər tərəfindən ölçülmüşdür. Üç metrdən və üç tondan ibarət olan bu tort seçilirdi.

İlk əvvəl çoxpilləli tortlar Londonda meydana gəlmişdir. Bu kimi tortları zallara gətirərkən öz görkəmi, hündürlüyü, çəkisi ilə mərasim iştirakçılarını heyrətləndirir.

 

Lakin bu tipli proses ilk dəfə olaraq XVIII əsrdə həyata keçirilmişdir. Müasir zamanımızda tortlar beze, marsipan, şokolad, meyvə və merenqa (çalınmış yumurta ağı, qənd və qaymaqdan hazırlanan pirojna) ilə hazırlanır. Tortun bəzədilməsi isə insanın fantaziyasından və onu sifariş verən şəxsin istəklərindən asılı olaraq dəyişir.

 

Vətənimizdə də çox çeşidli tortlara rast gəlmək mümkündür və hazırkı dövrdə xüsusi kulinarlar tərəfindən hazırlanan şirniyyatlar öz görkəmi, keyfiyyət ilə seçilir. Toy üçün nəzərdə tutulmuş tortların əksəriyyətinə Qədim Romada rast gəlmək olar, lakin burada tortu gəlinin başı ilə bəzəyirdilər. Xüsusən istəkdən asılı olaraq dəyişikliklər də etmək olurdu. Müasir zamanımızda isə toy üçün nəzərdə tutulan tortlar xüsusən seçilir. Əvvəllər tortların görkəmi əhəmiyyət kəsb etmirdi və onlar çox sadə hazırlanırdı. Beləliklə, xüsusi qaydada hazırlanan böyük desertlər bir neçə mərtəbədən təşkil olunur, bol qaydada meyvə və kremlə bəzədilir.