Xəbərlər

26 iyul Esperanto günüdür

26 iyul hər il dünyada “Esperanto günü” kimi qeyd olunur.


Esperantonun yaradıcısı Varşava sakini, okkulist Lazar Markoviç Zamenhofdur. O, bu dili 1887-ci ildə 10 illik zəhmətin nəticəsində ərsəyə gətirib. O, uşaqlıqdan bütün insanların bir-birini anlaya biləcək bir dildə danışmasını arzulamışdır. Çünki onların qonşuluğunda yaşayanların hamısı müxtəlif millətlərin nümayəndələri olub. O, bu barədə ilk kitabını yazdı və kitabı “Beynəlxalq dil. Ön söz və tam dərslik” adlandırdı. Bu ad onun ləqəbindən doğurdu (“Ümid edən doktor”).


Esperanto Millətlər Cəmiyyətinin rəsmi dili olmağı bacardı, lakin 20-ci illərdə bir çox dövlətlərin nümayəndələrinin əksinə olaraq, fransız nümayəndələr bunun əleyhinə səs verdilər. Çünki fransız dilinin beynəlxalq statusunun zəifləyəcəyindən ehtiyat edirdilər.


Esperanto əlifbası latın dilinin əsasında yaradılmışdır. Bura 28 hərf (28 səs – 5 sait, 2 yarımsait və 21 samit) daxildir. Vurğu həmişə sonuncudan əvvəlki hecaya düşür. Sözlər yazıldığı kimi oxunur. Esperantonun kökündə alman, roman, latın və yunan dilləri (bəzən slavyan-rus və polyak) durur. Dilin qrammatikasında 16 qayda var.


Alman universitetlərindən birinin tələbələri bir təcrübə həyata keçiriblər. Təcrübəyə əsasən, orta səviyyəli insan esperantonu 150 saat (6.25 gün) ərzində əxz edə bilər. 2-3 həftədən sonra isə danışıq dilini tam qavraya bilər. Müqayisə üçün qeyd edək ki, almanca danışa bilmək üçün 2000 saat, ingiliscə üçün isə 1500 saat gərəkdir.


Hazırda dünyada esperantonu bilən insanların dəqiq sayı bilinmir. Rusiyada təxminən 900-1000, dünyada təxminən 2 milyona qədərdir. Esperantonu daha çox bilən insanlar Avropa İttifaqında, İranda, Yaponiyada, Braziliyada, Afrika ölkələrində yaşayır. Ərəb ölkələrində isə demək olar ki, yoxdur.


Esperanto kütləvi mədəniyyətdə də geniş yayılıb. Tanınmış yazıçı-fantast Harri Harrison bu dili mükəmməl bilirdi və öz kitablarında bu dili təbliğ edirdi. O, öz əsərində esperantonu Qalaktikanın əsas dili adlandırırdı.


Bu dildə Çində, Braziliyada, hətta Vatikanda radiostansiyalar və internet resurslar fəaliyyət göstərir. Hətta Braziliyada bu dildə Gerda malaperis и La Patro adlı film də mövcuddur. Fin rok-qrupu olan Dolchamar esperanto dilində mahnılar oxuyur.


Zamenhof bu dili, həmçinin dünyada olan bütün münaqişələrin həlli üçün bir açar kimi görürdü. O, düşünürdü ki, bu dil insanlar arasında qarşılıqlı anlaşma üçün bir körpü olacaq. Millətçiliyə qarşı olan Zamenhof homaranismo adlı öz fəlsəfi sistemini belə yaratmışdı. Sistem antisemitizmə qarşı idi və xalqlar arasında körpü yaradılmasına xidmət edirdi.


Hitler bu dili özü üçün təhlükə hesab edir və onun qadağan olunması üçün göstəriş vermişdi. Hətta 30-cu illərdən başlayaraq, bu dili bilənlərə qarşı təqib işləri başladılmışdı.


Sovet İttifaqında esperanto, Trotskinin hesabına geniş təbliğ olunurdu. Bolşeviklər bu dili gələcək dünya inqilabının dili hesab edirdilər. Lakin 30-cu illərin ikinci yarısından etibarən, esperantistlər casusluqda ittiham olunaraq, təqib olunmağa başladılar.


Bu gün Wikipedia-da  esperanto dilində 248000 məqalə (bu rəqəm bolqarcadan və ivritdən çoxdur) var. Hətta bu dildə 25000 kitab mövcuddur. Bunların arasında ilk növbədə, Bibliyanı, daha sonra isə Şekspirin, Edqar Ponun, Aleksandr Puşkinin, Nikolay Qoqolun və s. əsərləri gəlir. Yeri gəlmişkən, qeyd edək ki, Lev Tolstoy da bu dildə danışa bilir və onu dünya dili hesab edirdi.


2012-ci ildən etibarən esperanto Google Translate panelinə daxil edilib. Bundan əlavə, Android sistemə və kompüterlərin klaviaturalarına bu dil daxil edilib.


Esperantonun yaradıcılarının düşündüyü kimi, hələ esperanto istənilən səviyyəni qazana bilməyib. Yəni bu gün o, ingilis dili kimi beynəxalq dil statusu əldə etməyi bacarmayıb. Lakin bədii ədəbiyyatda, musiqi industriyasında bu dil geniş yayılıb. Həmçinin daha tez öyrənilə bildiyinə görə, bir növ, insanlar arasında hobbiyə çevrilib.