9 sentyabr – Beynəlxalq Gözəllik Günüdür
XX əsr kosmetologiya sahəsində inqilabi dəyişikliklər dövrü olmuşdur. Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) Beynəlxalq gözəllik günü elan edilməsi təşəbbüsü ilə çıxış etmişdir.
1995-ci ildən başlayaraq hər il sentyarbın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir. Məhz sentyabrın 9-da bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.
Həmin müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.
09.09.2024