Bu maraqlıdır!

Sirli Qaya: Kummakivi Daşı

Kummakivi daşı - böyük və yuvarlaq bir daş üzərində balanslı (tarazlı) şəkildə duran nəhəng və qeyri-adi geoloji formaya malik olan bir qaya parçasıdır. Finlandiyanın Savoniya vilayətinin cənubunda meşə ərazisində yerləşir. Kummakivinin dəqiq yerləşmə koordinatları: Şimal 61 ° 29.397 ' Şərq 28 ° 26.985' dir.


"Kummakivi" Fin dilindən tərcümədə "qəribə daş" mənasını verir. Bu qeyri-adi təbii fenomen həm yerli sakinlər, həm də müxtəlif ölkələrdən gələn turistlər üçün böyük maraq doğurur. 


Daş min illərdir ki, təməlin səthində tarazlı bir şəkildə dayanıb.  Beş metr hündürlüyü və yeddi metr eni olan Kummakivi daşının 500 ton ağırlığında olduğu təxmin edilir. Daşın altındakı qaya olduqca hamardır. 


Bu daşların meşə ərazisinə məhz buzlaqlar tərəfindən gətirildiyinə inanılır (təxminən 11,000-12,000 il əvvəl). Güman edilir ki, buzlaqların əriməsindən minlərlə il sonra, daş möcüzəvi şəkildə təbiətin yerləşdiyi yerdə qorunub qalıb.


Finlandiyada hətta Kummakivi daşı ilə əlaqədar əfsanə belə var. Əfsanəyə görə, əsrlər əvvəl, meşə nəhəngləri ilə insanlar arasında ovçuluq üstündə düşmənçilik gedib. Bu anlaşılmazlığa son qoymaq məqsədi ilə nəhənglər sərhədi müəyyən üçün meşənin ortasına nəhəng daş yerləşdiriblər. 


Hələlik dəqiq elmi izahatı olmasa da, fizika qanunlarına zidd olaraq daş olduqca möhkəmdir və insan gücü onu daşımaq üçün kifayət deyil.