Uşaq yaradıcılığı

Qonağımız Fazil Mirheydərovdur

Fazil Mirheydərov 2013-cü il aprel ayının 17-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Erkən yaşlarından ədəbiyyata, rəqəmsal dünyaya - robototexnikaya maraq göstərib.

 

Xəyal gücü ilə leqo konstruktorlarıyla nağıllardan, cizgi filmlərindən tanıdığı qəhrəmanların fiqurlarını düzəldir, səhnəciklər hazırlayır.

 

Xüsusi tədris proqramları ilə uşaqlarda erkən yaşlarından riyazi və məntiqi  təfəkkürün inkişaf etdirildiyi kurslarda təhsil alan Fazil bu bacarıqları ilə baxçada öz yaşıdları arasında da həmişə seçilib.

 

Asudə vaxtlarında üzgüçülük və şaxmat məşğələlərində həvəslə  iştirak edən Fazil kino və teatrı da çox sevir.

 

6 yaşlı qonağımızın arzusu böyüyəndə memar olmaq, bir-birindən gözəl binaları layihələndirməkdir. Müxtəlif  abidələrin tarixini həvəslə dinləyir, çoxsaylı suallar verir.

 

Fazil 2017-ci ilin sentyabr ayından 132-134 saylı Ümumtəhsil Kompleksinin bağçasında, 2018-ci ildən isə Fransız modelində qurulmuş  "Göyərçin" Ana Məktəb layihəsi olan bağçanın məktəbəqədər hazırlıq qrupunda təhsil alıb.

 

Bu il Fazil bağçadan məzun olub, 132-134 saylı orta məktəbin birinci sinfinə qədəm qoyacaq. Ona bu çətin və məsuliyyətli yolda uğurlar arzulayırıq.