Xəbərlər

28 oktyabr - Beynəlxalq Animasiya Günüdür

Bu gün Beynəlxalq Animasiya Günüdür. 

 

2002-ci ildən ASİFA(Beynəlxalq Animasiya Kino Assosiasiyası) tərəfindən təsis edilən animasiya günü münasibətilə müxtəlif ölkələrdən tanınmış rəssamlar bir araya toplaşır.

 

Multiplikasiya filmlərini ilk dəfə Çarliz Emil Reno lentə alıb. Dünyanın 50-dən çox ölkəsində fərqli tədbirlərlə keçirilən Animasiya günündə bu sahəyə həvəsi olan tələbələrin yeni filmləri nümayiş olunur.

 

"Mərhəmətin dadı”, “Balaca ev”, “Köhnə saat”, “Səmada şəkil” kimi yerli animasiya filmləri beynəlxalq festivallarda nümayiş edilərək auditoriyanın marağına səbəb olub.