Keç mənim günahımdan
Molla bazarda bir dəstə adama rast gəlir. Baxır ki, ortalığa yağ-bal qoyub, çox iştaha ilə yeyirlər. Yaxınlaşıb deyir:
– Salam əleyküm, ay paxıl görməmişlər!..
Adamlardan biri deyir:
– Molla, bu nə sözdü? Biz paxıl deyilik. Çox səxavətli, çox da gözü-könlü tox adamlarıq.
Molla tez yağ-balı öz qabağına çəkib, başlayır yeməyə ki:
– Görürsən, ay Allah, mən nə böyük səhv eyləmişəm? Bunlar, doğrudan da, səxavətli adamlar imişlər. Keç mənim günahımdan.
05.11.2019