Molla Nəsrəddin rus dili bilir
Molladan soruşurlar:
— Molla, rus dilində bilirsən?
Molla cavab verir:
— Bəli.
— Rusca «bura gəl», necə deyirlər?
-İdi suda.
-Bəs, «o yana get», necə deyirlər?
Molla gülüb, deyir:
— Paaah, burda çətin nə var ki? Gedərəm o yana, yenə də deyərəm — «idi suda».