Yumor

Molla Nəsrəddin azarlayıb

Günlərin birində, Molla bərk azarlayır. Qonum-qonşu, qohum-qardaş, eşidən-bilən, tanış-biliş, oğul-uşaq yıgışıb gəlirlər Mollanı yoxlamağa. Ev dolur adamla. Bəli, hərə bir tərəfdə əyləşir. Di o yandan, bu yandan söhbət başlanır. Çənələr o qədər qızışır ki, Molla tamam yaddan çıxır. Axırda Molla yorğan-döşəkdən qalxıb əyləşir, hıqqıldaya-hıqqıldaya deyir:


— Başınıza dönüm, daha mən sağaldım. Durun gedin evinizə, inşallah, ikinci dəfə azarlayanda gəlib söhbətinizin dalını davam elətdirərsiniz.