Xəbərlər

28 Noyabr - Ümumdünya Mərhəmət Günüdür

Ümumdünya Mərhəmət Günü və ya Ümumdünya Şəfqət Günü, hər il noyabrın 28-də qeyd olunur.


Bu günün bayram kimi qeyd olunmasının təşəbbüskarı - Hind şairi, jurnalist və ictimai xadim Pritiş Nandi (Pritish Nandy) sayılır.


Günün əsas ideyası: hər hansı bir canlıya (insanlara, heyvanlara, bitkilərə) zorakılıq etməmək; bütün canlılara heç vaxt və heç bir şəkildə “nə düşüncə, nə söz, nə də əməl” ilə zərər verməməməkdir.


İlk dəfə Mərhəmət Günü 2012-ci ildə Hindistanın Mumbay şəhərində Dalay Lama XIV və müxtəlif ölkələrin fəallarının iştirakı ilə keçirilib. O vaxtdan bəri hər il keçirilir və bu gün mərhəmət prinsiplərinin tərəfdarları dünya əhalisini Sülhə, Sevgiyə və Qarşılıqlı Anlaşmaya çağırır.