Görkəmli şəxsiyyətlər

Frans Kafka

XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan almandilli Avstriya yazıçısı Frans Kafka 1883-cü il iyulun 3-də Praqa (Çexiya) şəhərində yəhudi ailəsində anadan olub. 
 
Kafka vəkil təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlib. Boş vaxtlarında yazmağa başlayıb. Həyatı boyunca Kafka gərgin və formal münasibət bəslədiyi atası da daxil olmaqla, ailəsi və yaxın dostlarına yüzlərlə məktub yazıb. Həyatında bir neçə qadın olsa da, heç vaxt evlənməyib. 
 
Əsərlərində realizm və fantastikanının elementlərini birləşdirən Frans Kafka  "Məhkəmə", "Yanvarçı", "Çevrilmə", "Cəza müstəmləkəsi" və "Kənd həkimi", “Milenaya məktublar” kimi əsərlərin müəllifidir. Onun əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluqla üzləşmək mümkündür. 
 
Frans Kafka ölüm ayağında yaxın dostu Maks Broddan tamamlamadığı “Məhkəmə”, “Qəsr” və “Amerika” romanlarını romanlarını məhv etməyi xahiş etsə də, yaxın dostu Kafkanın ölümündən sonra onun əsərlərini çap etdirib. Kafka dostuna deyirdi: "Əziz  Maks mənim son istəyim: arxamca buraxdığım hər şey – gündəliklər, əlyazmalar, məktublar (özümki və digərlərinin), qaralamalar və s. oxunmamış yandırılsın. Amma yaxın dostu onun vəsiyyətini yerinə yetirməyib və yazıçının ölümündən sonra əsərlərini çap etdirib. Bununla da XX əsr ədəbiyyatına töhfə vermiş olub.  
 
Yazıçı 1924-cü il iyunun 3-də,  40 yaşında Avstriyada vərəm xəstəliyindən vəfat edib. 
 
 
Frans Kafkanın müdrik deyimləri
 
• Gənclik xoşbəxtdir, çünki gözəlliyi görmək qabiliyyətinə malikdir. Bu qabiliyyət itirildikdə, ümidsiz qocalıq və bədbinlik başlayır.
 
• Dünyada ən gözəl an, insanı xoşbəxt edən şey uşağınızın beşiyi başında, onun anası ilə üzbəüz oturmaqdır. 
 
• Müəyyən bir nöqtədən sonra geri qayıdış mümkün deyil. Bundan sonrakı yolu yalnız qət etmək lazım gəlir. 
 
• Geriyə yolu kəsən qərarlar vardır. İrəli baxmaq üçün bu qərarlar mütləq alınmalıdır.
 
• Həyat həmişə diqqətimizi yayındırır və biz onun nədən qaynaqlandığını bilmirik. 
 
• Dırmaşmağı dayandırmayınca, pilləkənlər qurtarmayacaq. O pilləkənlər sənin yuxarı dırmaşan addımlarınla artacaq. 
 
• Gecikmişəm, amma artıq burdayam.
 
• Kitab içimizdəki donmuş dəniz üçün buzqıran rolunu oynayır.  
 
• Yaxınlaşa bilmirsinizsə, insanlar sizdən uzaqlaşırlar. 
 
• Həyəcanlı sevinc açıq şəkildə ifadə olunan kədərdən daha pisdir. 
 
• Başdan qələmə gedən yol başdan dilə gedən yoldan daha uzun və çətindir.
 
• Yalnız eyni xəstəlikdən təsirlənən insanlar bir-birini başa düşürlər.
 
• Maraqlanan bir insan olaraq ümidlə yaşayıram.
 
• Xoşbəxtlik qocalığı istisna edir. Gözəlliyi duymaq qabiliyyətini qoruyan adam yaşlanmaz.
 
• Orada olmayan bir şeyə həvəslə inanaraq onu yaradırıq. Yalnız bu, hələ kifayət qədər istəmədiyimizi reallaşdırmadı.
 
• Mən zaman-zaman özümü yaxşı hiss edirəm, sənin üçün, sənin haqqında fikirləşəndə, səninlə nəfəs alanda. 
 
• İnsanı olduğu kimi qəbul etməli, ya da onu sakit buraxmalısan.