Yumor

Əvəzinə on tümən verərəm

Xəlifəyə özgə ölkədən üç nəfər qonaq gəlir.Söhbət zamanı qonaqlardan biri xəlifəyə deyir:
-Ay Harun,sən böyük xəlifəsən,niyə qardaşın Bəhlulun başına ağıl qoymursan,heç olmasa ona bir qədər var-dövlət ver,bəlkə təlxəkliyindən əl çəkə.
-Bəhlul elə adamdır ki,nə mənə yaxın durur,nə də məndən pul götürür.


Qonaqlar xəlifəyə inanmırlar,deyirlər ki,belə bir şey ola bilməz.


Xəlifə deyir:
-Durun gedək,Bəhlul tapaq,sizə sübut edim.


Qonaqlar xəlifə ilə birlikdə şəhərə çıxırlar.Bir körpüdən keçəndə o tayda Bəhlulu görürlər.Xəlifə tez bir torba alıb yerə atır.Sonra bir kənarda durub pusurlar.Bəhlul körpünün yanına çatanda öz-özünə ucadan deyir.
-Görəsən,korlar körpüdən necə keçirlər.Gəl,gözümü yumub keçim görüm.


Bəhlul gözünü yumub körpünü keçir,guya qızılla dolu torbanı görmür.
Xəlifə deyir:
-Gördünüzmü,Bəhlul qəsdən gözünü yumdu ki,guya torbanı görmür.


Bəhlul dönüb gözucu onlara baxır.Bilir ki,ondan danışırlar.Yaxınlaşır,cibindən bir abbasını çıxarıb qardaşına verir və deyir:
-Harun,cibim cırıqdır,qorxuram pulum düşə,ala səndə qalsın amma bax ha ne vaxt istəsəm,gərək verəsən.


Bəhlul bilirdi ki,qardaşı hər cümə hamama gedir.Odur ki,hamama gəlib qardaşına dedi:
-Bir abbasımı ver.
Harun çaşıb qalır:
-Mən indi görmürsən hamamdayam?!Çıxanda əvəxinə 10 tümən verərəm.
-Yox,axı bizim şərtimiz varıydı bu saat verməlisən.
-Axı,indi yanımda pul yoxdur.


Bəhlul deyir:
-Sən böyük xəlifə olduğun halda bu yekəlikdə hamamın içində mənim 1 abbasımı verə bilmirsən,bəs dar qəbrin içində var-yoxunu talan elədiyin camaatın haqını necə qaytaracaqsan?