Xəbərlər

Paytaxt məktəblərində “ekosinif”lər yaradılıb

Paytaxtda yeni təmir olunmuş bir sıra məktəblərdə ənənəvi sinif otaqları ilə yanaşı, daha bir qeydi-adi sinif otaqları istifadəyə verilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, “ekosinif”lərin yaradılmasında məqsəd şagirdləri ekoloji cəhətdən maarifləndirmək, onların ətraf mühitin qorunması işində məsuliyyət hisslərini artırmaqdan ibarətdir. Biologiya fənni “ekosinif”lərdə tədris olunur. Sinfin təbiət rəngləri ilə əhatə olunması şagirdlərdə müsbət aura yaratmaqla yanaşı, dərsin yaxşı mənimsənilməsinə də təsir edir.