Atalar sözləri

Atalar sözləri

Filin gücü xortumundadır, dəvənin gücü - dizində.


Fit-fitnən gələn köpəyin qoyuna faydası olmaz.


Füqaranın gözü tox olar.


Fürsət əldə ikən yaxşılıq eylə.


Fürsət hər zaman ələ düşməz.


Fürsət qanadlı quşdur, əldən qaçırtmaq olmaz.

 

Papaqçının könlü olsa, bir dəridən doqquz papaq tikər.

 

Papağını qoy qabağına, fikirləş.

 

Ürək istəyəni əl eylər.


Ürək ki var şüşədir, sındırarsan kim yamar?!


Ürək götürməyəni, əl götürməz.


Ürək öz dostunu tanıyar.


Ürəkdə olmayanı dil deməz.