Bu maraqlıdır!

Orqanizmin qoruyucu sistemi

İmmunitet - orqanizmə düşmüş hər hansı bir yad toxumaya, yad cismə qarşı müqavimət reaksiyasının yaranmasıdır.


Yad cisim orqanizmə düşəndə onu həm faqositlər, həm də qanda yaranan zülal mənşəli xüsusi maddələr (antitellər) məhv edir.


İnsan orqanizmində immun sisteminə aid orqanlar bunlardır: timus, dalaq, qırmızı sümük iliyi, badamcıqlar, limfa düyünləri, korbağırsağın soxulcana-bənzər çıxıntısı və s.

 

Xəstəliyə yoluxan zaman aşağıdakı qaydalara əməl edilməlidir:


• Bir neçə gün yataq rejimində qalmağa çalışın.
• Məktəbə getməyin, çünki ətrafdakıları yoluxdura bilərsiniz.
• Çox maye qəbul edin.
• Asqırdıqda ağız və bumunuzu örtməyə çalışın.

 

Yuxarıdakı xəstəlikləri törədən viruslar və bakteriyalardır. Onlar insan bədəninə asanlıqla daxil ola bilir. Ancaq orqanizm buna qarşı müqavimət göstərmək qabiliyyətinə malikdir.


Dəri, gözyaşı, tər, ağız suyu, selik virus və bakteriyaların bir qismini zərərsizləşdirib orqanizmdən kənarlaşdıra bilir. Bunlar orqanizmin sədləridir. Qanda olan leykositlərin də yad cisimləri məhv etdiyini bilirsiniz. Bütün bunlar orqanizmin müdafiə sistemini əmələ gətirir. Bu sistemin yaranmasında ana südünün çox böyük əhəmiyyəti var. Ona görə də körpənin ana südü ilə bəslənməsi vacibdir.