Xəbərlər

19 mart – Beynəlxalq müştəri günüdür

Dünyada çoxlu bayramlar var və yaxınlarda bu siyahıya daha bir bayram – Beynəlxalq müştəri günü (International client's day) əlavə olunub. 


Bayram ilk dəfə 2010-cu il martın 19-da qeyd olunub. Bu gün dünyanın bütün biznes sahibləri əməkdaşlığa görə öz müştərilərinə minnətdarlıq edirlər. Amma necə – bunu hər kəs özü müəyyən edir: suvenirlər, kiçik hədiyyələr, qiymət güzəşti və ya müxtəlif aksiyaların təşkili.


Qeyd edək ki, bu bayramın meydana çıxmasının təşəbbüskarları Rusiya və Litva iş adamları olublar, lakin təşəbbüs tezliklə bütün dünyaya yayılıb.

 

Avropa və Amerikanın müxtəlif səviyyəli onlarla iri şirkəti və ticarət mərkəzi bayrama dəstək verir: “Axı elə bir gün olmalıdır ki, müştərimiz olduqları üçün insanlara təşəkkür edə bilək!”