Xəbərlər

13 Aprel – Ümumdünya Rok-n-Roll Günüdür

Ümumdünya Rok-n-Roll Günü dünyada bu musiqini öz həyat tərzinə və üslubuna çevirən həmfikirlərin bayramına çevrilib.

 

Əslində bayramın qeyd olunmasına səbəb olan tarixi hadisə aprelin 12-də baş verib. Belə ki, 1954-cü il aprelin 12-də Bill Heyli adlı musiqiçi bu sahədə yeni istiqamətin başlanğıcını qoyan “Rock Around The Clock” sinqlini yazıb. Bu musiqi cəmiyyətə və ənənələrə meydan oxuyaraq ABŞ-ın sərhədlərini aşıb, bütün ölkələrə və qitələrə yayılıb. Musiqidə bu istiqamətin yaradıcılarından biri də əfsanəvi Elvis Presli olub. Onun geyim üslubu, hərəkətləri və davranışları onu yeniyetmə və gənclərin kumirinə çevirib. 1960-cı illərin əvvəllərində rok-n-rollun yeni üslubu – pop-rok meydana gəlib. Onun əsas nümyəndələri “Bitlz” qrpunun üzvləri, Liverpullu dördlük olub. Ötən illərin geniş yayılan rok musiqisi daha çox texniki, sürətli, güclü səslə müşayiət olunur.

 

1964-cü ildə sürətli, güclü və texniki səslənməsi ilə “Rolling Stones” meydana gəlir. 1970-ci illərdə isə psixodepik rok yaranır, onun parlaq nümayəndələri “Pink Floyd”, “Deep Purple”, “Led Zeppelin”, “Black Sabbath” idi. Bu onilliyi rok mədəniyyətinin Qızıl dövrü hesab edirlər. 

 

Yetmişinci illərin sonu pank-rokun (“zəhlətokən rok”) meydana gəlməsi ilə fərqlənib. Sadə musiqi stemi vokalı və mətnləri ön plana çəkir. Burada tez-tez hökumətlərin, siyasətin, cəmiyyətin varlı təbəqələrinin tənqidinə rəst gəlinir. Pank dalğasında “Sex Pistols”, “The Clash”, “Stooges”, İqti Pop qrupları məşhurlaşır. 1980-ci illərdə qadın roku meydana gəlir, praktiki sayılan 1990-cı illərdə ildə isə ən parlaq rok-n-rollçu Kurt Kolbeyn və onun “Nirvana” qrupu olub.

 

Bugün rok musiqisi yüngül rəqs rok-n-rolundan başlamış brutal aqressiv qrayndkora qədər çoxsaylı istiqamətlərə malikdir. Mahnıların mətnləri sərbəst, zarafatyanadan çox dərin və fəlsəfi məzmuna qədər tərəddüd edir. Çox vaxt rok musiqisi ilə pop musiqisini qarşılaşdırırlar, hərçənd bu iki anlayış arasında görüə bilən elə bir sərhəd yoxdur. Bir çox  musiqi təzahürləri onlar arasında tərəddüd edirlər.