VIDEO

Almaniyada beynəlxalq uşaq bayramına həsr olunmuş videoçarx hazırlanıb

Alman—Azərbaycan Dostluq Cəmiyyətinin və “Azerbaijani Ladies Club”un təşkilatçılığı ilə Beynəlxalq Uşaq bayramına həsr olunmuş videoçarx hazırlanıb.

 

AZƏRTAC xəbər verir ki, videoçarx hazırlanmasında məqsəd xaricdə yaşayan uşaqların milli ruhda tərbiyə olunması və onlara vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bu məqsədlə cəmiyyət dünyanın 19 ölkəsində yaşayan soydaşlarımızın azyaşlı övladlarını internet üzərindən bir araya gətirərək, dahi Azərbaycan şairi S.Vurğunun “Azərbaycan” şeirini onların dilindən səsləndirərək videoçarx halına gətirib və onun yayımını reallaşdırıb.

 

Təsadüfü deyil ki, müxtəlif uşaqların ifasında səslənən həmin şeirin sonluğu ulu öndər Heydər Əliyevin eyni şeirin canlı səsləndirməsi ilə birləşdirərək yayıma xüsusi orijinallıq qatılıb. Bu qəbildən olan layihələrin gerçəkləşdirilməsi xaricdə yaşayan soydaşlarımızın doğma vətənlərinə bağlılıqları istiqamətində böyük töhfə verir.