Atalar sözləri

Aforizmlər

Qorxaq adam həmişə başqalarında qorxu hissi oyatmağa çalışır.


Köhnə paltar geymək təzəsini dilənməkdən yaxşıdır. (S.Şirazi)


Öz yerini bilsən, heç kim səni qaldırmağa cəsarət etməz.


Öz mənfəətin üçün başqalarına ziyan verməkdən çəkin. (Zərdüşt)


Yalanla dünyanı gəzmək olar, qayıtmaq olmaz.

 

Ən böyük səhvimiz, çox tez təslim olmağımızdadır. Uğura gedən ən düzgün yol isə hər dəfə yenidən cəhd etməkdən keçir. (Tomas Edison)


 Uğursuzluq - nələrisə yenidən, daha müdrik şəkildə başlamaq imkanıdır. (Henri Ford)


 
Problem həll olunandırsa, ona görə narahatlıq keçirməyə dəyməz. Yox əgər problem həll olunmazdırsa, ona görə narahatlıq keçirmək mənasızdır. (Dalay Lama)


 
Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün vaxt lazımdır. (Uarren Buffett)


 
Səhər oyananda nə edəcəyin haqda düşün. Axşam yatanda isə nə etdiyin haqda. (Pifaqor)