Təbiət

Səhləb çiçəyi

Səhləb - səhləbkimilər fəsiləsindən çoxillik ot bitkisidir. Gövdəsinin orta hündürlüyü 10-50 santimetr arasında dəyişən bu bitkinin yarpaqları geniş, yaxud xətti geniş lanset şəklində olur. Çiçəkləri uzun sünbülşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədərdir. Ölkəmizdə, eləcə də Rusiya və Ukraynada bəzi növləri qırmızı kitaba düşüb. Azərbaycanda səhləbin xarı bülbül adı ilə tanınan yabanı formaları da geniş yayılıb.

 

Britaniya alimləri dünyada olan ən balaca səhləb çiçəyini aşkar ediblər. Gülün ölçüsü cəmi 2,1 millimetrdir. Onun yarımşəffaf ləçəkləri bir qat hüceyrədən ibarətdir.


Aşkarlama tam təsadüfən baş verib – kiçik bitki Andın şərq hissələrindən gətirilmiş özünün ən iri kolleqalarının kökündə ilişib qalıb.


Hələ ki, yeni növ ad almayıb. Alimlər müəyyənləşdiriblər ki, aşkarlanmış səhləb Platystele növünə aiddir, Platystele jungermannioides növü 1912-ci ildə aşkarlanmış ən kiçik səhləbin adını daşıyır.
Son 100 ildə bu çiçəyin təqribən min yeni növü aşkar olunub.