Bu maraqlıdır!

Bombey adası

Bombey adası (ing. Isle of Bombay) — Hind okeanında yerləşən Yeddi Bombey adaları arxipelaqına (adalar qrupuna) aiddir.

 

Ada Hind okeanında Ərəbistan dənizinin sularıyla yuyulur. Adanın sahəsi — 603 km²-dir. Dəniz səviyyəsindən hündürlüyü — 10 -15 m-dir.

 

Ada cənubdan Kolaba və Kiçik Kolaba (Qarıların Adası) adalarına qədər uzanır. Şimaldan — hal-hazırda yerində çay olan Mazaqaon adası, Parel, Maxim və Vorli adaları ilə sərhəddir. Ada dörd körfəz ilə əhatə olunmuşdur: Vazai-Krik, Qorai-Krik, Malad-Krik, Tan-Krik. Adadan axan çaylar: Daxisar, Oşivara, Poysar, Mitxi və göllər: Tulsi, Vixar, Povay. Materikdə yerləşən Ulxas çayının məmbəyi bu adada yerləşib. Adada dağlar yoxdur, amma 13 köhnə təpədən ibarət 22 təpə yerləşmişdir: Malabar, Kumbala, Antop, Seuri, Qilbert, Uorli, Pali, Mazaqaon, Sion, Maxakali, Qoandji, Pulşaçi, Salamati.

 

Bombey adası portuqal taciri və tədqiqatçısı olan Fransişku di Almeyda tərəfindən 1508-ci ildə adlandırılmışdı. Almeyda onu "Bom Bahiya" (portuqaldan — "Yaxşı körfəz") adlandırmışdır. 16-cı əsrdə arxipelaq Portuqaliya hakimiyyəti altında idi və 1662-ci ildə II Karlın Britaniya kraliçası olan Yekaterina Braqansskaya evləndikdən sonra cehizi kimi İngiltərəyə verilmişdi. Adada genişmiqyaslı işlərdən sonra körpü vasitədi ilə adanı Hindistanın materik hissəsiylə birləşdirdilər. İndi Bombey adası 1995-ci ilə qədər adanın adını daşımış Bombey şəhərinin adını daşıyır. Arxipelaqın əsas adası olaraq Bombey "Yeddi adanın" əsas Britaniya limanı hesab olunur. Malabar-Hill təpəsində Silxara sülaləsi zamanında tikilmiş Valkeşvar adlı qədim hindu məbədi bu adada yerləşir. Adada bir çox etnik qrup yerləşdirilirdi: maratxilər, parslar, qucaratlılar, müsəlmanlar, həmçinin Portuqaliyadan və İngiltərədən gəlmələr. Ada tez-tez, xüsusilə qabarmalar və çəkilmələr zamanı su altında qalırdı. Buna görə də 1782-1784-cü illər arasında Britaniya hakimiyyəti Vorli adasından ayrılmış Bombeyi yenidən birləşdirdi.