Yumor

Gülməli suallar və cavabları

1. Sual: Oğrular niyə modanı izləyirlər?
Cavab: Ciblərinin yerini öyrənmək üçün.


 
2. Sual: Heç qar yağmayan hava hansıdır?
Cavab: Oyun havası.


 
3. Sual: Hansı top hoppanmır?
Cavab: Qar topu.


 
4. Sual: Hansı bağda üzüm yetişməz?
Cavab: Ayaqqabı bağında.


 
5. Sual: Ən gözəl qoxan fil hansıdır?
Cavab: Qərənfil.


 
6. Sual: 5 illik məktəbi 30 ildə bitirənə nə deyirlər?
Cavab: Müəllim.


 
 
7. Sual: Hansı yazı silinməz?
Cavab: Əlbəttə, alın yazısı!


 
8. Sual: Hansı qaba su qoyulmaz?
Cavab: Ayaqqabıya.
 


9. Sual: Ələk ilə su necə daşınar?
Cavab: Dondurularaq.


 
10. Sual: Hansı gül qoxmaz?
Cavab: Vergül.


 
11. Sual: Pilotlar niyə havada qeybət qırırlar?
Cavab: Yerin qulağı olduğu üçün.


 
12. Sual: Qırıldığı zaman işlənən şey nədir?
Cavab: Yumurta.


 
13. Sual: Qaranlıqda nəyimizi görə bilmərik?
Cavab: Kölgəmizi.


 
14. Sual: Kral ölsə, oğlu nə olar?
Cavab: Yetim olar.


 
15. Sual: Ayağını yorğanına görə uzatmayan nə olur?
Cavab: Xəstələnib, revmatizma olur.


 
16. Sual: Dunyaya ilk toyuq gəlib yoxsa yumurta ?
Cavab: Bunun cavabini biz də bilmirik)