Xəbərlər

21 noyabr Beynəlxalq salamlaşma günüdür

1973-cü ildən başlayaraq hər il noyabrın 21-i Beynəlxalq salamlaşma günü kimi qeyd olunur.

 

Bu günü iki amerikalı qardaş-Maykl və Brayn Makkomak təsis edib. Beynəlxalq salamlaşma günü soyuq müharibənin ən qaynar çağında təsis olunub. Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. O zaman bu ideya dünya ictimaiyyətinin xoşuna gəldiyindən bir çox ölkələrdə onu müsbət qarşılayıblar.


Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə onu tanıyıb-tanımamağından asılı olmayaraq salam verə bilər. Avropadan fərqli olaraq Azərbaycanda əhali Beynəlxalq salamlaşma günü barədə az məlumatlıdır. Amma məsələn, paytaxt Bakıda bu günü qeyd edənlər az da olsa var.