Təbiət

Bombardıman böcəyi

Braçinini, Paussini, Ozainini və Metriini kimi növləri olan bombardıman böcəyi (Topçu böcəkləri kimi də tanınır) rahatsız edildiyində partlama səsiylə birliktə qarın nahiyəsindən püskürtdüyü isti və zərərli bir kimyəvi maddə istehsal etmə mexanizmasıyla tanınan, Carabidae ailəsinə aid böcək növüdür.

 

Canlı düşməni ilə mübarizədə bədənində saxladığı hidrogen-peroksidlə hidrokinonu onun üzərinə atır. Bu iki maddə böcəyin vücudundakı iki ayrı ifrazat vəzisi tərəfindən ifraz olunur. İfraz olunan maddələr saxlama kamerası deyilən iki xüsusi bölmədə toplanır. Bu bölmələr də partlama kamerası adlanan bir bölməyə açılır. Bu iki bölmə insan ürəyindəki qapaqlı əzələ sisteminə bənzəyən bir sistemlə bir-birindən ayrılır. Böcək təhdid edildiyini anlayan kimi, saxlama kamerasının əzələlərini sıxır və buradakı mayelər partlama kamerasına dolur. Partlama kamerasında bu maddələrin kimyəvi reaksiyasını təmin edən xüsusi ferment vardır.

 

Partlama kamerasına yığılan kimyəvi qarışıq fermentlə birləşdikdə zəncirvari reaksiya başlayır. Hidrogen peroksid su və oksigenə parçalanır. Oksigen hidrokinon ilə reaksiyaya girərək daha çox su meydana gətirir və kinon adlanan qıcıqlandırıcı kimyəvi maddə əmələ gəlir. Bu reaksiyalar zamanı həddindən çox istilik ayrılır və kimyəvi qarışıq qaynama həddinə çatır. Böcəyin bədənindən xaricə uzanan kanal, qaynayan kimyəvi qarışığın çıxa biləcəyi yeganə yoldur. Kanalın ətrafındakı əzələlər düşməni hədəf almağı təmin edir. Beləcə böcək düşmənini zəhərli kimyəvi maddə ilə qaynadır.

 


Kimyəvi maddənin yaratdığı təhlükə başqa böcəklər və kiçik yaratıqlar üçün ölümcül ola bildiyi kimi insan dərisi üçün də acı vericidir.


Bombardıman böcəklərinə Antarktidadan başqa hər yerdə rast gəlmək mümkündür. Ölçüləri növlərinə görə dəyişir. Maksimal ölçüsü 3 sm-dir.