Bu maraqlıdır!

Kiji Adası

Kiji Adası - Oneqa gölünün şimalında  yerləşən çoxsaylı adalarından biridir. Ada, Karelya dövlətinin paytaxtı Petrozavodskdan 68 km məsafədə yerləşir. YUNESKO-nun Dünya Mirasları siyahısına daxil edilmişdir. Adanın uzunluğu 5,5 km-dir.

 

Kiji, bütün Rus dünyasının ən heyrətamiz və qeyri-adi adasıdır. Sərt landşaftı bənzərsiz tarixi abidələr, günbəzlər,  qeyri-adi kilsələr ilə əvəz olunmuşdur.

 

Adada, Rusiyanın ən böyük və ən məşhur açıq hava muzeylərindən biri olan qədim Rus Xristian Mədəniyyət Muzeyi var. Burada əsrlər boyu Karel, Veps və Rus kəndlərində yaradılmış memarlıq abidələri, ikona rəsmləri və ev əşyaları saxlanılır.

 

Adanın tarixi 15 yüzilliyə dayanır. Günümüzdə ada 80-dən çox tarixi tikililərə ev sahibliyi edir. Bu tikililərdən ən bilinəni YUNESKO Dünya siyahısına daxil olan Kiji Poqostudur.

 

Fiji adası ziyarət üçün "canlı" cazibəyə çevrilib. Tarixi abidələrin bəziləri ən yaxşı bərpaçılar tərəfindən bərpa olunur. Bəzi tikililər isə olduğu kimi ziyarətçilərə təqdim olunur, keçmiş bir dövr insanlarının necə yaşadığını araşdırmaq, toxunmaq, və öz təcrübələrindən öyrənmək imkanı verilir.

 

Tarixi sənədlərdə Kiji adasındakı kilsələr haqda ilk qeydlər XVI əsrə aiddir. 1693-cü ildırım vurması nəticəsində meydana gələn alov nəticəsində yanmışlar, və daha sonra  yerlərində mövcud kilsələr tikilmişdir.

 

1966-cı ildə Kiji “Açıq Səma Altında Yaradılmış Arxitektura Nümunəsi və Tarixi Muzeyi” statusunu aldı.