Yumor

Molla yolda

Bir molla dəvələrini başqa şəhərə satmağa aparırdı. Onun cəmi on dəvəsi var idi. Birini özü minib qalanlarını iplə bir-birinə bağlamışdı. Molla yolboyu gözdə-qulaqda idi ki, dəvələrini itirməsin. Bir az getdikdən sonra o, dəvələrini sayıb gördü ki, onların sayı doqquzdur. Öz-özünə dedi:

– Deyəsən, dəvənin birini itirmişəm.

O, yerə enib dəvələri sıraya düzdü və onları bir-bir saydı. Dəvələrin sayı 10 oldu. Mollanın ürəyi yerinə gəldi.

– Şükür Allaha! Hamısı yerindədir.