Xəbərlər

26 dekabr Hədiyyələr günüdür

Hədiyyələr günü Avstraliyada, habelə, Kanadada, Yeni Zellandiyada, Böyük Britaniyada Milad bayramının sabahı qeyd edilir.

 

Bu gün artıq bayramın əsas xüsusiyyəti - böyük və kiçik mağazalarda təşkil edilən endirim aksiyalarıdır. Sevdiyiniz şeyləri həmin gün siz yarı qiymətinə əldə edə bilərsiniz.

 

Amma bayramın kökləri daha gözəl ənənələrə dayanır. Əvvəllər Miladın səhəri günü insanlar imkansızlara pul və hədiyyələr təqdim edərdilər. Hədiyyələr qutularda təqdim olunduğu üçün bayram Boxing Day adını almışdır.

 

Avstraliyada Hədiyyələr günü daha böyük əhəmiyyət kəsb edir. Bu gün Melburnda ənənəvi kriket oyununun test  mərhələsinə start verilir, Sidneydə isə Sydney to Hobart Yacht Race yarışması keçirilir.