Xəbərlər

Nyuton günü

4 yanvar “Nyuton günü” kimi qeyd olunur. Rəvayətə görə, yetişmiş almanın yerə düşməsi nəticəsində İsaak Nyuton Yerin cazibə qüvvəsi anlayışını ilk dəfə olaraq elmə daxil edib. Həmin məşhur alma ağacı nəsildən-nəslə qorunub, sonralar quruyub və kəsilərək oturacaq kimi tarixi abidəyə çevrilib.

 

1643-cü ilin 4 yanvarında İngiltərənin Vulstorp şəhərində fermer ailəsində dünyaya gələn İsaak Nyuton məşhur ingilis fiziki, riyaziyyatçısı və teoloqudur. Differensial hesablamalar və inteqral hesablamalar, klassik mexanikanın əsas qanunları, Ümumdünya Cazibə Qanunu, optika sahəsində fundamental kəşflər – bütün bunlar Nyuton dühasının bəhrələridir.