Şeirlər

Qabil. "Azərbaycan torpağı"

Harda ümman görürəm,
Sən yadıma düşürsən,
Mənim mavi Xəzərim!
Harda liman görürəm,
Sən yadıma düşürsən,
Mənim doğma şəhərim!
Harda sahil görürəm
Qumlu-qayalı sahil,
Buzovnadır, - deyirəm,
Bura başqa yer deyil.
Bir qəşəng göl görürəm,
Sanmıram ögey gölü.
Çünki xatırladır o
Mənə bizim Göygölü!
Qarşıma dağ çıxırsa
Başı qarlı, dumanlı,
Ətəkləri yamyaşıl,
Döşü qalın ormanlı -
Şah dağıtək,Kəpəztək,
Əziz bilirəm onu.
Mən Talış dağlanyla
Əkiz bilirəm onu!
Torpaqları çörəkli,
Bağlan barlı edən,
Kəndləri, şəhərləri
Axar-baxarlı edən
Bir çayın sahilindən
Yolum düşürsə haçan,

Deyirəm ki, o, Kürdür,
Axıb gedir yanımdan.
Nə dildə qanad açsa
Şirin bir nəğmə əgər;
Onunla şadlanarsa,
Qəmlənərsə ürəklər,
Oxşayarsa insanın
Xəyalını, ruhunu,
Azərbaycan nəğməsi
Zənn edirəm mən onu.
Azərbaycan torpağı,
Öpüm, öpüm səni, gəl!
Axı səndə görmüşəm
Hər şeyi əvvəl-əvvəl.
Axı səndə bilmişəm
Nə var, nə yox dünyada.
Axı səndə görmüşəm
Hər şeyin qəşəngini -
Bağçaların barını,
Çayların axarım,
Üfüqlərin rəngini,
Dostluğu, sədaqəti,
Sevgini, məhəbbəti.
Səndən ayırsa belə
Dənizlər, dağlar məni,
Nə xoş gəlsə gözümə,
Qoynuna bağlar məni.
Dünya mənə xoş gəlir
Həyatın hər bir çağı.
Sən bir dünyasan, demək,
Azərbaycan torpağı!