Nağıllar, hekayələr

Vladimir Dal. Qarğa

Bir vaxtlar bir qarğa var idi və o tək yaşamırdı, dayələr, analar, kiçik uşaqları, yaxın və uzaq qonşuları ilə yaşayırdı. Uzaq yerlərdən böyük və kiçik quşlar, qazlar və qu quşları gəldi, dağlarda, vadilərdə, meşələrdə, çəmənliklərdə yuva qurdu və yumurta qoydular.


Bunlar qarğanın gözündən yayınmadı. Köçəri quşları incitməyə və onların yumurtalarını daşımağa başladı. Bu vaxtı bir bayquş uçurdu. O qarğanın böyük və kiçik quşları incitdiyini və yumurtalarını daşıdığını gördü.


- Dayan, -deyir, -yaramaz qarğa, səni cəzalandıracayıq!


Bunu deyib bayquş uzaqlara, daş qayalıqlar arasında yaşayan qartalın yanına uçdu. Qartala çatar-çatmaz bayquş soruşur:


- Qartal ata, günahkar-qarğa haqqında ədalətli qərar ver! Onun əlindən nə kiçik, nə də böyük quşlar yaşaya bilmir: yuvalarımızı dağıdır, balaları oğurlayır, yumurtaları daşıyır və öz balalarına yedirir!


Qartal başını yellədi və qarğa üçün öz kiçik səfiri - sərçəni göndərdi.


Sərçə qanad çalıb qarğanın dalınca uçdu.


Bəhanələr gətirmək istəsə də, quşlar bütün gücləri ilə onu üstünə yeriyərək dimdiklədilər və qartalın qarşısına məhkəməyə qovdular.


Başqa çıxış yolu yox idi - qarğa qığıltı edib uçdu və bütün quşlar onun arxası ilə uçdular.


Qartalın qarşısında dayanan qarğanı quşlar əhatəyə aldı. Və qartal qarğanı dindirməyə başladı:


- Ey qarğa, senin haqqında danışırlar ki, böyük, kiçik quşların balalarını, yumurtalarını oğurlayırsan.


- Xeyr, xeyr qartal ata mən ancaq qabıqlarını götürürəm.


- Səninlə bağlı başqa bir şikayət də mənə gəlir ki, bir kəndli əkin sahəsini əkməyə çıxan kimi bütün qarğalarla uçub oraya toxumları dimdikləməyə başlayırsan.


- Xeyr, xeyr. Mən öz dostlarımla əkin sahələrindən yalnız qurdları daşıyırıq!


Qartal qoca yalançı qarğaya qəzəbləndi. Əmr etdi ki, onu bir qəfəsə, dəmir barmaqlıqlar arasına salsınlar. Və bu günə qədər də o qarğa orada oturur!