Görkəmli şəxsiyyətlər

Məşhur rus bəstəkarı İqor Stravinski

XX-ci əsrin ən böyük modernistlərindən biri kimi tanınan İqor Fedoroviç Stravinski — dünya şöhrətli rus bəstəkarı və dirijorudur.  "Time" jurnalı Stravinskini iyirminci əsrin ən nüfuzlu şəxsiyyətləri siyahısına daxil etmişdir. Bəstəkarlıqla yanaşı, Stravinksi həm də mahir pianoçu və dirijor kimi də dünya şöhrəti qazanmışdır.

 

Stravinskinin bəstəkarlıq fəaliyyəti öz üslubu, rəngarəngliyi ilə diqqət çəkir. Ona ilk şöhrəti Sergey Dagilev adlı impressario tərəfindən həvalə edilmiş üç baleti olmuşdur. Bu baletlər, yəni, "Alov quşu" (The Firebird) (1910), "Petruşka" (1911) və "Bahar mərasimi" (1913) Dagilevin Rus Baleti səhnəsində tamaşaya qoyulur. Premyerası iğtişaşla başa çatan Mərasim baleti ritmik quruluşa daha çox fikir verən əvvəlki nəsil bəstəkarların fikrinə təsir edir və günümüzə qədər bütpərəstlik mərasimi kimi qəbul olunan qədim Rusiyada baş verən hadisələri əks etdirən təcəssümü indiyə qədər tamaşaçıları valeh etdirməkdədir.

 

1920-ci illərdə Stravinski yaradıcılığının rus dövründən neoklassik dövrünə qədəm qoyur. Bu dövrə aid əsərlərində ənənəvi klassik musiqi formaları olan concerto grosso, fuga, simfoniyalardan istifadə edir, gərgin emosional anları soyuqluq və ya laqeydsizliyin səthi görüntüsü altında gizlədir və tez-tez Bax, Verdi, Çaykovski kimi ustad bəstəkarları anır.

 

Stravinski Rusiyanın Orenienbaum şəhərində anadan olub, Sankt-Peterbuqda böyümüşdür. Uşaqlıq illəri özünün dediyi kimi, ağır keçmişdir: "Rastıma heç vaxt məni doğrudan sevən birisi gəlməmişdir". Bəstəkarın atası Fyodr Stravinski Sankt-Peterburqun Marinki teatrında baş müğənni kimi çalışırdı. Gənc Stravinski tezliklə piano dərslərinə başlayır və bir qədər sonra musiqi nəzəriyyəsini öyrənməyə və əsər yazmağa da cəhd göstərir. 1890-cı ildə Stravinski Marinski teatrının səhnəsində Çaykovskinin "Yatmış gözəl" baletini seyr edir. Bu tamaşa Stravinskini məftun edir. On dörd yaşında o, Mendelsonun G minorda Paiano Konsertini öyrənir və növbəti il Aleksandr Qlazunovun simli kvartetlərindən birinin piano qısaltmasını öyrənir.

 

Musiqiyə olan hədsiz həvəsinə baxmayaraq valideynləri onu hüquqşünas görmək arzusu ilə yaşayırdılar. Stravinski bu səbəbdən 1901-ci ildə Sankt-Peterburq universitetinin hüquq fakültəsinə daxil olur. Hüquq elminə heç bir həvəsi olmayan Stravinski dörd illik təhsili müddətində əllidən də az dərsdə iştirak edir. 1902-ci ildə atasının ölümündən sonra o artıq musiqi təhsili üzərində daha çox vaxt sərf etməyə başlayır. 1905-ci ilin yazında Qanlı Bazar günü hadisəsi səbəbindən Stravinski son imtahanları vermək imkanından məhrum olur və 1906-cı ildə yalnız yarım-dərəcəli diplom ala bilir. Bundan sora o diqqətini tamamilə musiqiyə yönəldir. O dövrün aparıcı rus bəstəkarı Nikolay Rimski-Korsakovun məsləhəti ilə Stravinski Sankt-Peterburq konservatoriyasına daxil olmaq fikrindən daşınır və əvəzində Rimski-Korsakovdan həftədə iki dəfə olmaqla fərdi dərslər götürməyə başlayır. Sonralar bu bəstəkar Stravinskinin ikinci atasına çevrilir.

 

1909-cu ildə bəstəkarın "Feu d`artifice" ("Fişənglər") əsəri Sankt-Peterburqda səhnəyə qoyulur. Əsərin premyerasında iştirak edən Paris Rus Belletinin direktoru Sergey Daygilev Stavinski yaradıcılığına heyran qalır və bəstəkara bir orkestr və sonra bütöv bir balle sifarişi verir.

 

Stravinski 1910-cu ildə Fayerberd əsərinin premyerası üçün Parisə gedir. Bir qədər sonra bəstəkarın ailəsi də ona qoşulur və Stravinskilər bir müddət Qərbdə qalmağa qərar verirlər. Daha sonra bəstəkar İsveçrəyə gedir və 1920-ci ilə qədər burada qalır. Bu dövrdə Stravinski Rus Balleti üçün daha üç əsər – "Petruşka" (1911), "Le Sacre du printemps" ("Bahar mərasimi")(1913) və "Pulcinnella" yazır.

 

Stravinskilər İsveçrədə olduqları bu dövrdə 1910-cu ildə ikinci oğulları Solima və 1913-cü ildə ikinci Mariya Milena adlı ikini qız övladları dünyaya gəlir. Bu son hamiləlik dövründə Katerina vərəm xəstəliyinə yoluxur və müalicə üçün İsveçrə sanatoriyalarından birinə yerləşdirilir. 1914-cü ildə "Les noces" əsərinə dair tədqiqat materialları üçün qısa müddətə ana vətəninə dönən Stravinski I Dünya müharibəsi başlamamışdan əvvəl Rusiyanı tərk edir və növbəti 50 il ərzində Rusiyada görünmür.

 

Stravinski 1920-ci ildə Fransaya köçür. Bu dövrdə o, piano istehsalı ilə məşğul olan Pleyel şirkətində işləyir. Bu şirkətdə Stravinski öz piano musiqisinin vallarını hazırlayır. O şəxsən özü 50 belə val hazırlayır. Bu vallarda o, dinləyicilərə musiqisinin daha aydın anlaşılması imkanı verir. Bu əsərlərin əksəriyyətinin standart repertuarların tərkib hissələri olmağına baxmayaraq, o zamanlar əksər orkestrlər Stravinski musiqisini ifa etməkdən yayınırdılar. Bu da onun musiqisinin orkestr üçün olduqca mürəkkəb olması idi.

 

Paris yaxınlığında bir müddət qaldıqdan sonra Stravinski ailəsi ilə birgə Fransanın cənubuna köçür və 1934-cü ilə qədər burada yaşayır. 1934-cü ildə o, yenidən Parisə qayıdır və Fayburq St. Onor küçəsində yaşayır. Sonralar o, bu ünvanı Avropada ən son və ən kədərli ünvanı kimi xatırlayır. Belə ki, burada yoldaşının vərəm xəstəliyi qızları Lüdmilaya və özünə keçir. Lüdmila 1938-ci ildə, Katerina isə növbəti il vəfat edirlər. Stravinski özü xəstəxanada müalicə olunduğu müddətdə anası da dünyadan köçür.

 

Stravinskinin o vaxtlar Birləşmiş Ştatlarla artıq əlaqəsi var idi və o, Çikaqo Simfonik Orkestri üçün C minorda Simfoniya yazırdı. Eyni zamanda o, 1939-1940-cı illərdə dərs ili üçün Harvardda mühazirə verməyə də razılaşmışdır. İkinci Dünya müharibəsinin başlanması ilə Stravinski Ştatlara yollanır, əvvəlcə Hollivuda, daha sonra (1969) Nyu-Yorka köçür.

 

Stravinski 1939-cu ildən ölümünə qədər Amerikada yaşayır və 1945-ci ildə ABŞ vətəndaşlığını alır. Stravinski fransız yaşam tərzinə uyğunlaşmışdı və 58 yaşında Amerikaya gəlişi qarşısında tamam başqa perspektivlər qoyurdu. Bir müddət bəstəkar əlaqələrini yalnız rusiyalı emiqrant dost və tanışları ilə məhdudlaşdırır, lakin tezliklə başa düşür ki, bu cür yaşam ona Amerikada onun həm intellektual həm də peşəkar həyatına maneə törədəcək. O tezliklə Los-Ancelesin mədəni həyatı ilə maraqlanmağa başlayır. Xüsusən müharibə illəri buraya Otto Klemperer, Tomas Mann, Franz Verfel, Corc Balanşin və Artur Rubenşteyn kimi yazıçı, musiqiçi, bəstəkar, və dirijorları çəkib gətirmişdir. Oanold Şönberq və Corc Gerşin ilə yaxın münasibətlər saxlayır, lakin onlar o dərəcədədə yaxın olmurlar. Bernard Holand öz xatirələrində Stravinskinin xüsusən Britaniyalı yazıçılara yaxın münasibətlər göstərir, onları özünün Beverli Hilzdəki evinə dəvət edərdi. Bunlar arasında V.H. Auden, Kristofer İşervurd, Dilan Tomas və xüsusilə də Aldouz Huksley kimi yazıçılar var idi. Sonuncu ilə Stravinski fransız dilində danışmaq üçün görüşərdi. Stravinski tezliklə Los-Ancelesdə məskunlaşır və arabir Los-Anceles Filarmoniyası ilə məşhur Hollivud Baulda konsertlə verir. V.H. Audenlə birgə opera yazmaq qərarına gəldikdə, ingilis dilli dünya ilə daha yaxında tanış olmaq ehtiyacı onun dirijor və musiqişünas Robert Kraftla tanışlığı ilə üst-üstə düşür. Kraft bəstəkarla onun pülmünə qədər yaşayır, onun tərcüməçisi, səlnaməçisi, dirijoru assistenti, və saysız-hesabsız musiqi və sosial məsələlərinin həllində etibarlı qulluqçusu kimi çalışır.

 

1962-ci ildə Stravinski Sankt-Peterburqa (o vaxtlar Leninqrad) qayıtmaq və burada konsertlə vermək təklifini qəbul edir. Səfəri zamanı o Sovetlər Birliyinin lideri Nikita Xruşşovla iki saata yaxın söhbət edir və Xruşşov bəstəkarı vətənində qalmağa inandırmağa çalışır. Təklifə baxmayaraq, Stravinski Qərbdə emiqrant kimi yaşamağa üstünlük verir. Ömrünün son illərində, Stravinski Nyu-Yorkda Essek Evində yaşayır.

 

Stravinski ömrü boyu incəsənət, ədəbiyyat və həyatı öyrənməyə tükənməz maraq göstərmiş və bu istəyi onun bir neçə P\us əməkdaşlığında təzahür edir. O, təkcə Parisdə Sergey Daygilevin Ballet Russesinə əsərlər yazmamış, eyni zamanda Pablo Pikasso (Pulçinella), Jan Kokte və Jorj Balanşinlə də əməkdaşlıq etmişdir.

 

Stravinski və Pikkaso 1920-ci ildə Pulçinella operası çərçivəsində əməkdaşlıq etmiş və rəssam imkandan istifadə edərək Stravinskinin portretini yaratmışdır.

 

Stravinski 1971-ci ildə 88 yaşında Nyu-Yorka vəfat edir və San Mişel ada-qəbiristanlığında dəfn olunur. Bəstəkarın qəbri uzun müddət əməkdaşlıq etdiyi Daygilevin məzarı yanındadır. Stravinskinin həm həyatı, həm də yaradıcılığı XX əsrin əksər hissəsini tutur. Bu əsərdə müasir musiqi üslubları meydana çıxır ki, burada da Stravinskinin birbaşa əməyi danılmazdır. Bəstəkar həm öz dövrünün həm də özündən sonra gələn bəstəkarlar nəslinin yetişməsində böyük təsirə malik olmuşdur. Onun Hollivudun Məşhurlar Xiyabanında 6340 Hollivud Bulvarında ulduzu var.