Təbiət

Perunun “Gəlin şəlaləsi”

Peru - Cənubi Amerikada, Amazon tropik meşələri ilə əhatə olunan və Sakit Okean sahilində yerləşən heyrətamiz bir ölkədir. Bu ölkə əzəmətli şəlalələri ilə də tanınır. Ancaq bunların arasında xüsusi biri var - "Gəlin" şəlaləsi. Məsafədən şəlaləyə baxdıqda, şəlalənin suyu aşağı düşərək gəlin paltarında qadın obrazı (silueti) yaradır, məhz buna görə də, şəlalə bu cür adlandırılmışdır. Şəlalə, Perunun Namor bölgəsindən iki saatlıq məsafədə, gözəl və mənzərəli təbiətdə yerləşir.

 

Perunun "Gəlin şəlaləsi" turistlər arasında o qədər də tanınmır. Şəlaləyə getmək üçün Oaxamarka Piobamba-Kaxamarka sərhədində yerləşən Xuaniko Paçakaka şəhərinə getmək lazımdır.