Görkəmli şəxsiyyətlər

Musiqi dahisi: Kristof Villibald Qlyuk

Kristof Villibald Qlyuk (Christoph Willibald) (1714–1787)- görkəmli alman bəstəkarı, opera reformatoru, klassisizm dövrünün ən böyük nümayandələrindən biridir. O, musiqi dünyasının dahisi olub. Onun islahatçı fəaliyyətini opera sənətində mövcud olan əvvəlki təməlləri alt-üst edən "inqilab" adlandırmaq olar. Qlyuk yeni bir opera üslubu yaradaraq, Avropa opera sənətinin gələcək inkişafını müəyyənləşdirdi və L. Bethoven, G. Berlioz və R. Vaqner kimi musiqi dahilərinin yaradıcılığında əhəmiyyətli dərəcədə təsir etdi.


O, 1714-cü ildə Erasbaxda (Bavariya) anadan olub. İlk musiqi təhsilini Kamatauda yezuit gimnaziyasında alıb. Atası oğlunun musiqiçi olmağının əleyhinə idi. Buna görə də gənc Qlyuk 1731-ci ildə evi tərk edir və Praqaya gedərək Praqa universitetinin fəlsəfə fakültəsinə daxil olur. Burada eyni zamanda məşhur çex bəstəkarı Boquslav Çernoqorskidən musiqi dərsləri alır, Müqəddəs Yakov kilsəsinin xorunda oxuyur.
1735-ci ildə Vyanaya gedir və qraf Filipp von Lobkovitsin kapellasında çalışır. Daha sonra italyan messenat A. Meltsinin dəvəti ilə operanın vətəni hesab olunan Italiyaya-Milana gedir. Burda onun opera yaradıcılığının başlanğıcı qoyulur. Bir çox italyan opera ustaları ilə tanış olur, Sammartinidən kompozisiyadərsləri alır. 5 illik hazırlıqdan sonra 1741-ci ilin dekabrında ilk operası-“Artakserks” uğurla səhnəyə qoyulur. Bəstəkar ardınca bir neçə opera-seriya yazır: “Demetriya”, “Poro”, “Demofont”, “Hipermnestra”.


1745-ci ildə Qlyuk Londona gedir. O, burda Hendel yaradıcılığı ilə tanış olur. Onun Minqotti qardaşlarının italyan operası truppası ilə müxtəlif Avropa paytaxtlarında çıxışı bəstəkarda geniş musiqi təəssüratı yaradır, yeni opera məktəbləri, maraqlı yaradıcı tanışlığa kömək edir. Qlyukun musiqi dünyasında yayılan şöhrəti ona papa ordeni olan “Qızıl şpor”, “Kavaler Qlük” ordenini qazandırır.

 

1752-ci ildə Qlyuk Vyanaya gedir və burda saray operasında dirijor və bəstəkar vəzifəsində işləyir. 1774-cü ildə ” imperator və kral saray bəstəkarı” adı ilə təltif olunur. Balet janrına maraq göstərən bəstəkar məşhur Vyana xoreoqrafı H. Ancolini ilə birlikdə “Don Juan” operasını yazır.

 

1762-ci ildə Qlyukum ilk reform operası olan “Orfey” operasının premyerası olur. “Orfey”ə qədər olan operalarda musiqi, orkstr, rəqs arxa planda qalır, əsas diqqət ifaçılıq virtuozluğuna verilirdi. Qlük bu operasında ifaçılıq virtuozluğundan imtina edir, ariyalarda reçitativlərə üstünlük verir, orkestr müşayiətinin və xor hissələrinin əhəmiyyətini artırır, balet nömrələrinə geniş ver verir. Həmçinin tamaşanın məzmununun açılması üçün operaya uvertüra əlavə edir.

 

Bəsrəkar “Orfey” operasının ardınca 2 reform opera-“Alsesta” (1767). “Paris və Elena (1770) operalarını yazır. 1773-79-cu illərdə Qlük Parisdə yaşayır. Buada o “İfigeniya Tavriddə”, “Armida”, “Exo və Narsis” operalarını yazır.

 

Ümumilikdə, Qlyuk 40-a yaxın opera yazıb - İtalyan və Fransız, komik və ciddi, ənənəvi və yeni üslubda. Sonuncusu sayəsində o, musiqi tarixində əvəzolunmaz  iz buraxdı.

 

Həyatının son günlərini Vyanada keçirən Qlyuk burda alman milli operasını yaratmaq istəyir. Lakin xəstəlik imkan vermir.

 

Bəstəkar 15 noyabr 1785 ci ildə vəfat edir. Dəfn zamanı şagirdi A.Solyerinin dirijorluğu ilə bəstəkarı son əsər olan xor və orkrstr üçün “De profundls” ifa olunur.