Təbiət

Pambıq topa bənzəyən Yapon quşu Şima Enaqa

Şima-Enaqa - Yaponiyanın yalnız Hokkaydo adasında rast gəlinən sevimli və uzunquyruqlu tit (arıquşu) ailəsinin nümayəndələrindən biridir. Qara yumru gözləri və büllur ağ rəngi ilə çoxlarının ürəyini fəth edən bu kiçik quşu pambıq topuna bənzədirlər.


Şima-Enaqanın fərqli xüsusiyyətindən biri də “yuyulmuş qaşlar”a sahib olmasıdır, yəni gözlərinin üstündə qaşın tam olmamasıdır. Bu görünüş öz növbəsində quşa əsl "ağ başlı möcüzə" görkəmi bəxş edir.


Quşun uzunluğu 15 santimetrdən çox deyil və bunun yarısı quyruqdur.