Musiqi

Azərbaycan xalq mahnısı. Çal-oyna

Dost bağında açılıb güllər,
Sarılıb güllərə sarı bülbüllər.
Qızlar düzüb telinə güllər,
Gülürlər nazlana-nazlana.


Nəqərat:

 

Mehribanım mehriban,
Dur oyna, çal-oyna.
Yaxşı oğlan, qəşəng qız,
Çal-oyna.
Gözəl oğlan, gözəl qız,
Çal-oyna.


 

Dost bağında bitər alçalar,
Ağ çiçəklənər, yetər alçalar.
Toylarda qayda belədir,
Oğlan oynayar, qızlar əl çalar.


Nəqərat:

 

Mehribanım mehriban,
Dur oyna, çal-oyna.
Yaxşı oğlan, qəşəng qız,
Çal-oyna.
Gözəl oğlan, gözəl qız,
Çal-oyna.